Bank Of Baku

ABŞ Senatı yanvarın 24-də Con Kerrinin dövlət katibi postuna namizədliyini müzakirə edəcək

ABŞ Senatı yanvarın 24-də Con Kerrinin dövlət katibi postuna namizədliyini müzakirə edəcək
# 17 yanvar 2013 03:55 (UTC +04:00)

Bakı-APA. ABŞ Senatının beynəlxalq komitəsi Con Kerrinin dövlət katibi vəzifəsinə namizədliyini yanvarın 24-də müzakirə edəcək. Bu barədə komitədən məlumat verilib.

 

Hazırkı dövlət katibi Hillari Klinton yanvarın sonlarında vəzifəsini tərk edəcək. Onun vəzifəsini tərk etməsi Barak Obamanın ikinci dəfə prezident seçildikdən sonra hökumətdə apardığı dəyişikliklərlə əlaqədardır.

 

Yanvarın 31-də isə Senatın silahlı qüvvələrə dair komitəsi müdafiə naziri vəzifəsinə keçmiş senator Çak Heygelin namizədliyini müzakirə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR