Bank Of Baku

ABŞ Senatının xarici əlaqələr komitəsi Con Kerrinin dövlət katibi postuna namizədliyini müzakirə edəcək

ABŞ Senatının xarici əlaqələr komitəsi Con Kerrinin dövlət katibi postuna namizədliyini müzakirə edəcək
# 24 yanvar 2013 15:21 (UTC +04:00)

 APA-nın ABŞ Dövlət Departamentinə istinadən yaydığı məlumata görə, iclasda dövlət katibi Hillari Klinton bu vəzifəyə Con Kerrinin namizədliyini irəli sürəcək. Amerikanın ən varlı senatorlarından olan Con Kerri namizədliyi qarşısında ən önəmli maneələrdən birini aradan qaldırmağa müvəffəq olub. O maraqların toqquşmasından qaçmaq üçün bir sıra şirkətlərdən öz aktivlərini geri çəkməyə söz verib. Söhbət Amerika hökuməti ilə əlaqələri olan şirkətlərdən və diplomatik qərarların qəbuluna təsir edə biləcək firmalardakı paylardan gedir. Kerrinin 184 milyon dollarlıq sərvətinin olduğunu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR