Bakı-APA. ABŞ Senatının Xarici işlər komitəsi yekdilliklə Con Kerrinin ABŞ Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini dəstəkləyib. APA-nın “BBC”yə istinadən verdiyi məlumata görə, bundan sonra Kerrinin yeni vəzifəyə təyinatı məsələsinə Senat tam heyyətlə baxmalıdır. Məlumata görə, səsvermə bu gün keçırıləcək.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obama C.Kerrinin Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini 2012-ci ilin dekabrın 21-də irəli sürüb. O bu vəzifədə Hillari Klintonu əvəz edəcək.
Qeyd edək ki, Con Kerri xarici siyasət sahəsində böyük nüfuza malik mütəxəssis hesab olunur və bütün dünyada tanınmış və hörmətli siyasətçilərdən biri sayılır.
Politoloqlar hesab edirlər ki, dövlət katibinin dəyişilməsinə baxmayaraq, ABŞ-ın xarici siyasət kursu əvvəlki kimi qalacaq.