Bakı. Könül Cəfərli – APA. ABŞ-ın respublikaçı senatoru Con Makkeyn İran prezidenti Mahmud Əhmədinejadı bu ölkənin yanvarın 28-də kosmosa göndərdiyi meymuna oxşadıb. APA-nın məlumatına görə, o “twitter” səhifəsində bu ifadələri yazıb: “Mahmud Əhmədinejad kosmosa uçan ilk iranlı olmaq istəyir? Məgər ötən həftə kosmosda olmayıb?”. Senatorun bu ifadələri ABŞ-da ciddi etirazla qarşılanıb. İnsanlar sosial şəbəkələrdə C. Makkeynin “status”u ilə bağlı sərt rəylər yazaraq, bunu senatora yaraşmayan uyğunsuz hərəkət adlandırıblar. Hətta onun respublikaçı həmkarı Castin Emaş da onu tənqid edərək irqçilikdə ittiham edib. Bir müddət sonra C.Makkeyni bildirib ki, yazdıqları sadəcə zarafatdır.
Qeyd edək ki, fevralın 4-də M.Əhmədinejad deyib ki, ilk iranlı kosmonavt olmağa hazırdır.