Bank Of Baku

ABŞ Şimali Koreyaya görə qitəarası balistik raketin sınağını təxirə salıb

ABŞ Şimali Koreyaya görə qitəarası balistik raketin sınağını təxirə salıb
# 07 aprel 2013 04:53 (UTC +04:00)

Bakı-APA. Pentaqon KXDR-in təxribatçı bəyanatları fonunda Koreya yarımadasında gərginliyi artırmamaq üçün “Minyutmən 3” qitəarası balistik raketin planlaşdırılmış sınağını təxirə salıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə anonim şərtlərlə ABŞ-ın müdafiə nazirliyinin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, balistik raketin sınağı gələn həftə Kaliforniya ştatının Vandenberq aviabazasında nəzərdə tutulmuşdu, lakin ABŞ müdafiə naziri Çak Heygel raket testini qeyri müəyyən müddətə təxirə salıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR