Bank Of Baku

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib
# 11 mart 2013 23:47 (UTC +04:00)

Bakı-APA. ABŞ Koreya Xalq-Demokratik Respublikasının Xarici ticarət bankına qarşı sanksiyaları genişləndirib. APA-nın məlumatına görə bu barədə ABŞ prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Tomas Donilon məlumat verib.

 

«Bu gün ABŞ maliyyə nazirliyi KXDR Xarici ticarət bankına qarşı sanksiyaların tətbiq olunduğunu elan edir. KXDR-in əsas xarici ticarət bankına qarşı sanksiyalar kütləvi qırğın silahlarının dəstəklənməsinə oynadığı rola görədir», deyə Donilon bildirib.

 

Donilon həmçinin Birləşmiş Ştatların sakitcə KXDR-in nüvə raketləri istehsal etməsinə baxmayacaqlarını bəyan edib.

 

«ABŞ KXDR-i nüvə dövləti kimi tanımır və bu ölkənin nüvə başlığını Amerika ərazisinə çatdıra biləcək raketləri istehsal etməsinə sakit baxmayacaq», deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR