Bank Of Baku

ABŞ suriyalı üsyançıların hərbi təlimini İordaniyada həyata keçirir

ABŞ suriyalı üsyançıların hərbi təlimini İordaniyada həyata keçirir
# 26 mart 2013 01:42 (UTC +04:00)

Bakı-APA. ABŞ suriyalı üsyançıların hərbi hazırlığını İordaniya ərazisində həyata keçirir. APA-nın “Vesti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Amerika administrasiyasının nümayəndələri bildirib. Bununla onlar ABŞ-ın Bəşər Əsəd hakimiyyətinə qarşı çıxış edən suriyalı üsyançılara fəal dəstək göstərməsini təsdiqləyib.  

 

ABŞ administrasiyasının nümayəndələrinin sözlərinə görə, Amerika kəşfiyyatının həyata keçirdiyi əməliyyatda həmçinin Böyük Britaniya və Fransa da iştirak edir. Üsyançıların hərbi hazırlığı artıq bir neçə aydır davam edir. Anonimlik şərtləri ilə müsahibə verən ABŞ administrasiyasının nümayəndələri qeyd edib ki, təlimlərdə iştirak edən üsyançılar Suriya Azad Ordusuna (SAO) daxil deyil. ABŞ ehtiyatlanır ki, SAO üzvləri ekstremist elementlərin təsiri altında ola bilər.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR