Bank Of Baku

ABŞ Türkiyəyə köməklik etməyə hazır olduğunu bildirib

ABŞ Türkiyəyə köməklik etməyə hazır olduğunu bildirib
# 11 iyun 2014 23:43 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bəyan edib.

 

“Biz Türkiyə və İraq hökumətləri ilə əlaqədəyik və müvafiq dəstək göstərməyə hazırıq”, deyə C.Ernest bildirib.

 

Onun sözlərinə görə, ABŞ “İraq Şam İslam Dövləti” terror təşkilatının hücumlarından narahatdır. Ernest etiraf edib ki, son 24 saat ərzində İraqda vəziyyət kəskin dərəcədə pisləşib.

 

Ağ Evin rəsmi nümayəndəsi Türkiyənin İraqın Mosul şəhərindəki Baş Konsulluğuna edilən basqını pisləyib və girovların dərhal azad olunmasını tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR