Bakı. Viktoriya Dementyeva – APA. ABŞ-ın Prezident Administrasiyası immiqrantların ABŞ vətəndaşlığını almasının sadələşdirilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.
APA-nın “USA Today”ə istinadən xəbərinə görə, qanun layihəsi qəbul olunarsa, qeyri-leqal immiqrantların 8 il ərzində qanuni status almasına, daha sonra isə vətəndaşlığa iddia etməsinə imkan verəcək. Bunun üçün onlar ingilis dilini öyrənməli və digər tələblərə riayət etməlidirlər.
Qanuni statusa iddia etmək hüququnu təkcə gəlmələr yox, onların ailələri də alacaq. Ağ Evlə yanaşı, ABŞ Konqresinin hər iki palatası da immiqrantlarla bağlı qanun layihəsi hazırlayır.
Qeyd edək ki, hazırda ABŞ-da 11 mln. qeyri-leqal immiqrant yaşayır.