Bank Of Baku

Argentinada polislə mitinq iştirakçıları arasında toqquşmalar olub

Argentinada polislə mitinq iştirakçıları arasında toqquşmalar olub
# 12 may 2013 01:45 (UTC +04:00)

Bakı-APA. Argentinanın cənubundakı Rio Qalyeros şəhərində polislə həmkarlar ittifaqının təşkil etdiyi aksiyanın iştirakçıları arasında toqquşmalar baş verib, nəticədə 25-dək adam xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, toqquşmalar etirazçıların nümayəndələri meriyada yerli hakimiyyət rəsmiləri ilə danışıqlar aparan zaman baş verib. Şahidlərin sözlərinə görə, aksiya iştirakçıları polis əməkdaşlarını daş-qalaq etməyə başlayıb, asayiş keşikçiləri isə, buna cavab olaraq, etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələr istifadə edib.

 

Həmkarlar ittifaqları aşağı təbəqəli işçilərin məvaciblərinin 50 faiz artırılmasını tələb etdiyi halda, yerli hakimiyyət əmək haqlarını yalnız 38 faiz artırmaq niyyətindədir.

 

Aksiya təşkilatçıları mayın 13-də və 14-də geniş miqyaslı aksiyalar keçirməyə planlaşdırır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR