Bakı-APA. ABŞ-ın Arizona ştatının inzibati mərkəzi olan Finiks şəhərində naməlum şəxsin ofisdə açdığı atəş nəticəsində 3 nəfər yaralanıb. APA-nın məlumatına görə, bu barədə USA Today xəbər verib.
Şahidlərin məlumatına görə, atəş açan şəxs hadisə yerindən ağ rəngli avtomobildə uzaqlaşıb.
Digər təfərrüatlar barədə məlumat verilmir.