Bakı-APA. Baham adalarında təyyarə eniş edərkən, qanadı ilə yük maşınını aşırıb, nəticədə avtomobildə olan 3 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin nəqliyyat və aviasiya naziri Qlenis Xannı Martin açıqlamasında bildirib.
“Cessna C-402” ikimühərrikli kiçik təyyarə gecə saatlarında Mayaquana adasının aeroportuna eniş edib. Bu zaman təyyarənin qanadı eniş zolağını işıqlandıran yük maşınına dəyərək, onu aşırıb. Nəticədə partlayış baş verib, maşında olan 3 şəxs həlak olub, onlardan biri Kanada vətəndaşıdır. Ölənlərin hamısı Mayaquana adasının sakini olub.