Obamanın ilk prezidentlik müddəti yanvarın 20-də yerli vaxtla saat 12:00-da başa çatıb. ABŞ Konstitusiyasına görə, prezidentlər və vitse-prezidentlər yanvarın 20-də and içməlidir. Dünən bazar gününə təsadüf etdiyindən, ABŞ prezidentinin təntənəli inauqurasiya mərasimi bu gün keçiriləcək. Tədbirdə ABŞ-ın dövlət himnini dünya şöhrətli qaradərili müğənni Beyonse oxuyacaq. Burada maraqlı məqam ondan ibarətdir ki, 21 yanvar ABŞ-da irqi ayrıseçkiliyə qarşı mübarizənin liderlərindən olan Martin Lüter Kinqin anım günü kimi qeyd olunur.
Xatırladaq ki, demokrat Barak Obama 6 noyabr 2012-ci ildə keçirilən prezident seçkilərində respublikaçı Mitt Romniyə qalib gəlib.