Bank Of Baku

Barak Obama MKİ və Pentaqon rəhbərliyinə namizədlərini irəli sürüb

Barak Obama MKİ və Pentaqon rəhbərliyinə namizədlərini irəli sürüb
# 07 yanvar 2013 22:22 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Pentaqon rəhbərliyinə keçmiş senator, respublikaçı Çak Heygelin namizədliyini irəli sürüb.

 

Vyetnam müharibəsinin veteranı olan Heygel son illər Corctaun universitetində çalışırdı və eyni zamanda prezidentin kəşfiyyat məsələləri üzrə məsləhətçiləri qrupunun həmsədri idi.

 

Prezident Barak Obama həmçinin terrorçuluqla mübarizə üzrə məsləhətçisi Con Brennanın namizədliyini MKİ şefi vəzifəsinə irəli sürüb.

 

MKİ direktoru vəzifəsi Devid Petreusun qalmaqallı istefasından sonra boş qalmışdı. Brennan ABŞ-ın antiterror məsələsində ən təcrübəli insanlarından biridir. 11 sentyabr terror aktlarından sonra o Milli antiterror mərkəzinə rəhbərlik edib.

 

İndi bu namizədlikləri Senat təsdiq etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR