Bakı. Məlahət Nəcəfova-APA. ABŞ prezidenti Barak Obama Sankt-Peterburqda keçiriləcək “G-20” sammitində iştirak edəcək. APA-nın məlumatına görə, sammitin 5-6 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, daha öncə Rusiya XİN-dən bildirilmişdi ki, iki ölkə liderləri Barak Obama və Vladimir Putin görüş zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.