Bakı-APA. Beynəlxalq Kosmik Stansiyasında mayın 6-da termik tənzimləyici sistemindən ammiak sızması baş verib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) rəsmi saytında yerləşdirilib.
Qeyd edək ki, ammiak stansiyada enerji təchizatı sisteminin kanallarının soyudulmasında istifadə olunur.
NASA-nın məlumatına görə, Beynəlxalq Kosmik Stansiyası normal rejimdə fəaliyyət göstərir, heyətin sağlamlığı üçün heç bir təhlükə yoxdur.
Hal-hazırda nasazlığın aradan götürülməsi istiqamətində plan hazırlanır.