Bakı-APA. BMT-nin hesablamalarına görə, humanitar yardımın paylaşmasında hökumət tərəfindən tətbiq edilən məhdudiyyətlər ucbatından bir milyona yaxın suriyalı aclıqdan əziyyət çəkir. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, BMT-nin Ümumdünya Ərzaq Proqramı hər ay 1,5 milyon suriyalıya yardım olunduğunu bəyan edir, lakin buna baxmayaraq, daha bir milyona yaxın suriyalı aclıqdan əziyyət çəkir.
BMT Ümumdünya Ərzaq Proqramının rəhbərliyi Suriyada yardım fəaliyyətini genişləndirmək imkanında olmadığı üçün təəssüf edir. Belə ki, təşkilatın yalnız məhdud sayda agentliyi Suriyada fəaliyyət göstərə bilir.
BMT həmçinin humanitar problemlərin ölkədə törətdiyi fəsadlar barədə də xəbər verir. Belə ki, təkcə ötən ay Suriyanı 100 minədək qaçqın tərk edib.