Bank Of Baku

BMT Baş katibi: Suriyada 70 min nəfər münaqişənin qurbanı olub

BMT Baş katibi: Suriyada 70 min nəfər münaqişənin qurbanı olub
# 15 fevral 2013 02:19 (UTC +04:00)

 

Bakı-APA. Suriyada davam edən münaqişədə indiyədək 70 minə yaxın insan həlak olub. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə BMT Baş katibi Pan Qi Mun ABŞ Dövlət katibi Con Kerri ilə Vaşinqtonda baş tutmuş görüşündə deyib.  

 

BMT Baş katibi qənaətinə görə, “vəziyyət siyasi həllin hər-hansı perspektivləri olmayan həddindən artıq faciəli həddə çatır”.  

 

Bununla bağlı o qeyd edib ki, BMT Suriya Müxalifət və İnqilabi Qüvvələrin Milli Koalisiyasının lideri şeyx Əhməd Muz əl Xatıbın irəli sürdüyü Suriya hakimiyyəti ilə danışıqların başlanmasını nəzərdə tutan təşəbbüsünü dəstəkləyir. “Bu əlverişli imkanı əldən vermək olmaz”, deyə Pan Qi Mun qeyd edib.     

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR