Bakı-APA. Pakistanda bu yaxınlarda baş vermiş terror aktları böyük narahatlıq doğurur və bu ölkənin rəhbərliyi bu hücumların təşkilatçılarını və icraçılarını tapıb cəzalandırmalıdırlar. APA-nın məlumatına görə, BMT baş katibi Pan Gi Mun belə bir bəyanatla çıxış edib.
Dünən Pakistanın şimal-qərbində İrandan qayıdan zəvvarların yolunda avtomobil partladılıb. Nəticədə 20 nəfər həlak olub, 25 nəfər isə yaralanıb. Həmçinin dünən islamçılar Pakistanda 21 yerli hərbçini edam ediblər.