Bakı. Viktoriya Dementyeva - APA. Dünyada kütləvi vəhşiliklə müşahidə olunan halların sayı artır. APA-nın xəbərinə görə, bunu BMT baş katibinin soyqırım xəbərdarlığı üzrə xüsusi müşaviri Adam Dyenq BMT İnsan Haqları Şurasının Cenevrədə keçirilən sessiyasında bəyan edib.
O, soyqırımın hələ də keçmişdə qalmamasından təəssüfləndiyini bildirib və hamını təcili olaraq preventiv tədbirlər görməyə çağırıb: “Bu gün biz müxtəlif regionlarda – Konqo Demokratik Respublikası, İraq, Qırğızıstan, Mali, Myanma, Pakistan, Sudan və Suriyada etnik və dini zəmində gərginliyin təhlükəli həddə artmasını, sərt zorakılığı müşahidə edirik. Biz bu təhlükələrin miqyasını anlayaraq həyəcan təbili çalırıq”.
A.Dyenq qeyd edib ki, bəşəriyyət Xolokost, Kamboca faciələrindən, Ruanda və Srebrenitsa soyqırımlarından nəticə çıxartmayıb: “Biz keçmişin səhvlərini düzəldə bilmərik, amma yeni vəhşiliklərin qarşısını almaq mexanizmlərə yaradılmasına çalışa bilərik”.