Bank Of Baku

BMT komissarı ABŞ hökumətini Quantanamo həbsxanasını bağlamağa çağırıb

BMT komissarı ABŞ hökumətini Quantanamo həbsxanasını bağlamağa çağırıb
# 06 aprel 2013 08:43 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. BMT-nin insan haqları üzrə ali komissarı Navanetxem Pilley ABŞ hökumətini Quantanamo həbsxanasını bağlamağa çağırıb.

 

APA-nın xəbərinə görə, N.Pilley Quantanamo həbsxanasında məhbusların saxlanma rejiminin beynəlxalq hüququn açıq-aşkar pozulması olduğunu bildirib.

 

Onun sözlərinə görə, həbsxanada saxlanılan 166 məhbusun yarısı ABŞ hökuməti tərəfindən təhlükə törətməyən şəxs elan edilib: “Bu, onların vətənlərinə qayıdış üçün yollarını açsa da, onlar hələ də həbsdə saxlanılır. Digər məhbuslar da müddətsiz həbsdədir. Bu isə beynəlxalq hüquq nöqteyi-nəzərindən ciddi narahatlıq doğurur və insan haqlarının tərəfdarı kimi ABŞ-ın vəziyyətinə kölgə salır”.

 

Qeyd edək ki, Barak Obama ABŞ prezidenti seçildikdən dərhal sonra Quantanamo həbsxanasının bir il ərzində bağlanması haqqında sərəncam imzalayıb. Sərəncamın indiyədək yerinə yetirilməməsi hüquq müdafiəçiləri tərəfindən kəskin tənqid olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR