Bank Of Baku

BMT nümayəndəsi: “İsrail beynəlxalq hüquqa hörmət etməlidir”

BMT nümayəndəsi: “İsrail beynəlxalq hüquqa hörmət etməlidir”
# 04 avqust 2014 10:39 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. İsrail beynəlxalq hüquqa hörmət etməlidir.

 

APA-nın “Euronews”a istinadən verdiyi məlumata görə, bunu BMT-nin Fələstinli Mühacirlərə Yardım Təşkilatının sözçüsü Kris Qanness İsrail ordusunun fələstinli köçkünlərin sığındığı məktəbi atəşə tutmasını şərh edərkən deyib.

 

“Məktəbdə silahlıların olmasını, yaxud da İsrail ordusuna hücumların təşkilini təsdiq edəcək fakt yoxdur. Beynəlxalq hüquqa görə mülki vətəndaşlar və silahlı qüvvələr arasında fərq qoyulmalıdır. İsrail hökuməti bu qanunu nəzərə almalıdır. Vətəndaşların ölümü bu riskə dəyərmi?”, - deyə o vurğulayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR