Bank Of Baku

BMT silahlı münaqişələrə cəlb olunan uşaqlarla bağlı hesabat hazırlayıb

BMT silahlı münaqişələrə cəlb olunan uşaqlarla bağlı hesabat hazırlayıb
# 02 iyul 2014 12:49 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. BMT silahlı münaqişələrə cəlb olunan uşaqlarla bağlı illik hesabat hazırlayıb.

 

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, ən çox uşaqlar Suriya və İraqdakı hərbi qruplaşmalarda yer alıblar.

 

BMT baş katibi Pan Gi Mun bildirib ki, İŞİD-in tərkibində 14 yaşlı uşaqlar var. Həmin uşaqlara hərbi təlimlər keçirilir.

 

Hesabatda bildirilir ki, bu uşaqlara müəyyən vəsait (təxminən 200 dollar) ödənilir.

 

Sənəddə həmçinin qeyd olunur ki, İŞİD-lə yanaşı Suriyada bəzi silahlı qruplar aktiv şəkildə uşaqları öz sıralarına cəlb edir. Bunlar Azad Suriya Ordusu, Kürd Xalq Müdafiə Bölmələri, Əhrar əl-Şam və Cəbhə əl-Nusra kimi qruplaşmalardır.

 

Suriyada münaqişə başladığı gündən 10 mindən çox uşaq həyatını itirib. Hesabatda vurğulanır ki, uşaqlar qaçırılaraq hökumət qüvvələri və silahlı qruplaşmalar tərəfindən cinsi zorakılığa məruz qalır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR