Bakı-APA. BMT Suriyadakı bölmələrində çalışan əcnəbi heyətin bir hissəsini geri çağırır. Bu barədə BMT-nin Humanitar əməliyyatların koordinasiyası üzrə idarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, BMT Dəməşqdən kənarda bütün humanitar missiyaların fəaliyyətini dayandırır. Bu həftə BMT-nin Suriyadakı 100 əməkdaşından 25-nin bu ölkəni tərk edəcəyi gözlənilir. Bu qərar Suriyada təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi ilə bağlıdır.
Suriyada ötən ilin martından hökumət və müxalifət qüvvələri arasında münaqişə davam edir. BMT-nin məlumatına görə, münaqişə zamanı 30 minədək insan həlak olub.