Bakı-APA. BMT Təhlükəsizlik Şurası “İŞİD” qüvvələrinin Karakoş şəhərinə hücumunu pisləyib və beynəlxalq ictimaiyyəti İraqa yardım etməyə çağırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb.
“BMT Təhlükəsizlik Şurasının üzvləri beynəlxalq ictimaiyyəti İraq hökumətini və xalqını dəstəkləməyə və əhalinin münaqişədən çəkdiyi əzablarının yüngülləşdirilməsi üçün əlindən gələni əsirgəməməyə çağırıb”, deyə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Layall Qrant bildirib.
BMT Təhlükəsizlik Şurasının iclası Fransa tərəfdən çağırılıb.