Bank Of Baku

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın nüvə sınaqlarını qəti şəkildə pisləyib

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın nüvə sınaqlarını qəti şəkildə pisləyib
# 12 fevral 2013 18:18 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA.  BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın nüvə sınaqlarını qəti pisləyib. APA-nın məlumatına görə, bu barədə Şimali Koreyanın bu gün keçirdiyi nüvə sınaqları ilə bağlı BMT Təhlükəsizlik Şurasının baş tutan fövqəladə iclasında qəbul olunmuş bəyanatda deyilir.

 

 “BMT Təhlükəsizlik Şurasının üzvləri TŞ-nin qətnamələrini ciddi şəkildə pozan bu sınaq testini qəti şəkildə pisləyir. BMT Təhlükəsizlik Şurası KXDR barədə müvafiq tədbirlər görəcək”, deyə bəyanatda vurğulanır.

 

Qeyd edək ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 2011-ci ilin oktyabrından qeyri daimi üzvüdür.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR