Bakı-APA. BMT TŞ Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən raket buraxılışını pisləyən qətnamə qəbul edib və bu ölkənin iqtisadi sanksiyalara məruz qalacaq təşkilatlarının və nümayəndələrinin siyahısını genişləndirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qətnaməyə əlavə olunmuş siyahıya KXDR-ın aerokosmik texnologiyalar üzrə Komitəsi və peykin buraxılışı ilə məşğul olan bir sıra şəxslərin adları əlavə edilib.
Xatırladaq ki, KXDR2012-ci ilin dekabrın 12-də nüvə başlığı ilə təchiz oluna biləcək və 13 min km məsafəni qət edə biləcək raket buraxılışını həyata keçirib. Ehtimal olunur ki, Pxenyan artıq 2006-cı və 2009-cu illərdə sınaqdan keçirdiyi nüvə avadanlıqlarına malikdir.