Bakı-APA. BMT Təhlükəsizlik Şurasında sədrlik sentyabrın 1-dən ABŞ-a keçib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Şuraya üzv olan 15 ölkənin hər biri hər ay növbə ilə quruma sədrlik edir.
Oktyabrda sədrlik Argentinaya, noyabrda Avstraliyaya, dekabrda isə Çada keçəcək.