Bakı. Anaxanım Hidayətova - APA. BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvləri Yaxın Şərqdəki vəziyyətlə əlaqədar qapalı məsləhətləşmələr keçiriblər.
APA-nın məlumatına görə, məsləhətləşmələr bazar günü axşam saatlarında baş tutub.
BMT TŞ dinc əhali arasında ölüm hallarının artmasından narahatlığını ifadə edib. Şura üzvləri hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini önə çəkiblər.
Fələstinin daimi nümayəndəsi Riyad Mansur BMT TŞ üzvlərinin İsrailin Qəzza bölgəsindəki addımlarını pisləyən qətnaməni qəbul edə bilməməsindən təəssüfləndiyini bildirib.