Bakı-APA. BMT Təhlükəsizlik Şurası Malinin şimalında islamçıların fəallaşmağın narahat olduğunu bildirib və həmin bölgədə tezliklə beynəlxalq Afrika qoşunlarının yerləşdirilməsinə çağırıb. Bu barədə qurumun keçirdiyi iclasdan sonra yayılan bəyanatda deyilir.
Daha öncə mətbuatda islamçıların Malinin mərkəzindəki Kona şəhərini ələ keçirməsi barədə məlumat yayılmışdı.
Liviyada ötən illərdə baş verən hadisələr qonşu Maliyə ciddi təsir edib. Liviyada hakimiyyətin dəyişməsi oradakı tuareqlərin Maliyə hərəkət etməsinə və bu ölkənin şimalını ələ keçirmələrinə səbəb olub. Tuareqlər Mali ərazisinin üçdə ikisini ələ keçirərək orada Azavad dövlətini elan ediblər. İndi həmin ərazilərə islamçılar da iddia edir. İslamçılar artıq tuareqlərin ölkənin şimalından qovduqlarını bildirirlər.
İslamçıların ələ keçirdikləri Kona şəhəri hökumətin nəzarətində olan cənubla separatçı şimalın ortasında yerləşir.