BMT TŞ Şimali Koreyaya qarşı sanksiyaları səsə qoyacaq

BMT TŞ Şimali Koreyaya qarşı sanksiyaları səsə qoyacaq
# 07 mart 2013 03:49 (UTC +04:00)

Bakı-APA. Bu gün BMT Təhlükəsizlik Şurasında Koreya Xalq-Demokratik Respublikasına qarşı sanksiyaların sərtləşdirilməsi barədə qərar səsə qoyulacaq. Bu barədə APA Reuters-ə istinadən məlumat verir.

Qərar qəbul edilərsə, Şimali Koreyanın raket-nüvə proqramının inkişafına yönələ biləcək istənilən maliyyə köçürməsi və pul vəsaiti qanundankənar elan olunacaq. Qərarla zinət əşyaları və şübhəli bağlamalar da qadağan ediləcək.

Qəbul ediləcək qərar Şimali Koreyanın bir sıra təşkilatlarına, həmçinin şəxslərə qarşı sanksiyaları da nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR