Bakı-APA. Venesuela prezidenti Uqo Çaves tez bir zamanda sağalıb ölkəyə dönmək üçün Kubada fizioterapiya kursu keçir. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Boliviya prezidenti Evo Morales bəyan edib.
“Əziz qardaşlar və bacılar, mən Kubaya zəng etmişəm və məndə bizim qardaşımız, prezident Uqo Çaves barədə yaxşı xəbərlər var... Fidel (Kastro) və Uqo Çaves kimi Latın Amerikası liderlərinin beynəlxalq görüşlərdə iştirakı çox vacibdir və mən əminəm ki, tezliklə biz yenə də prezident sammitlərində birgə iştirak edəcəyik”, deyə Morales La Pasda bəyan edib.
Bir qədər öncə KİV-lər məlumat verirdi ki, Çaves ölkənin Latın Amerikası və Karıb körfəzi dövlətlərinin sammitində iştirakı ilə bağlı XİN rəhbəri vəzifəsinə yenicə təyin olunmuş Elias Haya bir sıra göstərişlər verib.
Çaves dekabrın əvvəlindən Kubadadır. O orada onkoloji xəstəlikdən əməliyyat olunub, hazırda isə müalicə kursu keçir.