Bakı. Zümrüd Paşayeva – APA. “İsrailin apardığı hərbi əməliyyatlar beynəlxalq humanitar hüquqa ziddir və bu əməliyyatlar çoxsaylı itkilərə səbəb olur”.
APA-nın “İTAR-TASS”-a istinadən verdiyi məlumata görə bu fikirləri Boliviya prezidenti Evo Morales deyib.
E. Morales İsrailin Fələstinə qarşı hərəkətini soyqırımı kimi xarakterizə edib.
Dövlət başçısı onu da əlavə edib ki, ölkəsi İsrail vətəndaşları üçün viza tətbiq edib.
Qeyd edək ki, Boliviya 2009-cu ildən İsraillə diplomatik əlaqələri kəsib.