Bakı-APA. Boliviyanın paytaxtı La-Pasdan 450 km cənub-şərqdə avtobusla sisternin toqquşması nəticəsində ən azı 8 nəfər həlak olub, 43 nəfər isə yaralanıb. Bu barədə yerli polisin nümayəndəsi Uqo Kançeri Romero məlumat verib. QəzaKoçabamba — Santa-Krus şosesində Yapakani yaşayış məntəqəsinin yaxınlığında baş verib.
Hadisə nəticəsində 2 sürücü və 6 sərnişin həlak olublar. Həlak olanların arasında uşaq da var. Həkimlər yaralılardan bəzilərinin vəziyyətini ağır olaraq qiymətləndirirlər.