Bank Of Baku

Bostonda Tsarnayev qardaşları polisə qarşı tapança, tüfəng və 6 ədəd partladıcı qurğu istifadə edib

Bostonda Tsarnayev qardaşları polisə qarşı tapança, tüfəng və 6 ədəd partladıcı qurğu istifadə edib
# 20 aprel 2013 20:15 (UTC +04:00)

Bakı-APA. Boston beynəlxalq marafonunda terror aktı törətməkdə şübhəli bilinən Tsarnayev qardaşları polis əməkdaşları ilə atışma zamanı tapança, tüfəng və 6 ədəd partladıcı qurğu istifadə edib. APA-nın  “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalına polis şefi Edvard Devo deyib.  

 

O qeyd edib ki, Tsarnayev qardaşları polisə qarşı əl qumbaraları yox, əldəqayırma partladıcı qurğular  istifadə edib. Edvard Devo əlavə edib ki, qardaşlar polisə tərəf iki partladıcı qurğu atıb, lakin onlar partlamayıb.   

 

Xatırladaq ki, bazar ertəsi marafonda törədilmiş partlayış nəticəsində üç nəfər ölüb, 180-dən çox  adam xəsarət alıb. Boston polisi bu terror aktını törətməkdə çeçen əsilli Tsarnayev qardaşlarından şübhələnir. Qardaşlardan böyüyü 26 yaşlı Tamerlan Tsarnayev bir gün əvvəl polislə atışmada qətlə yetirilib. 19 yaşlı Cövhər Sarnayev isə axtarışda olub və bu gün saxlanılıb.  Onun ağır yaralandığı xəbər verilir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR