Bakı-APA. Britaniyanın Britiş Petrolium şirkəti Meksika körfəzində baş vermiş qəzaya görə, ABŞ-a 3-5 milyard dollar cərimə ödəyəcək.
APA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, bu ABŞ tarixində ən iri cərimə olacaq.
BP-nin “Deepwater Horizon” platformasında qəza 2010-cu ildə baş verib.
Qeyd edək ki, 2009-cu ildə “Pfizer Inc” şirkəti öz məhsulunu satarkən dələduzluq hallarına yol verdiyinə ABŞ hökumətinə 1,3 milyard dollar cərimə ödəmişdi.