Bank Of Baku

Braziliyada avtobusun dərəyə düşməsi nəticəsində 9 nəfər ölüb

Braziliyada avtobusun dərəyə düşməsi nəticəsində 9 nəfər ölüb
# 08 noyabr 2014 21:20 (UTC +04:00)

Bakı-APA. Ötən gün Braziliyada sərnişin avtobusu dərəyə yuvarlanaraq çaya düşüb. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə hadisənin baş verdiyi Baya ştatının rəsmi qurumları məlumat yayıb.  

 

Faciə İtapebi şəhəri yaxınlığında baş verib. Avtobusun 20 metr yüksəklikdən dərəyə aşdığı bildirilir. Şahidlərin sözlərinə görə, avtobus körpünün üzərindən keçərkən minik avtomobili onu ötməyə çalışıb, Lakin avtomobillər toqquşaraq çaya düşüb.  Qəzaya səbəb olmuş minik avtomobilin axtarışları davam etdirilir.    

 

Məlumata görə, qəza nəticəsində  15 nəfər xəsarət alıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR