Bank Of Baku

Braziliyada baş vermiş təyyarə qəzasında ölkə prezidentliyinə namizəd ölub - YENİLƏNİB

Braziliyada baş vermiş təyyarə qəzasında ölkə prezidentliyinə namizəd ölub - <span style="color: red;">YENİLƏNİB
# 13 avqust 2014 19:32 (UTC +04:00)

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, özəl kiçik təyyarə qəza zamanı 2 evə və gimnaziyanın binasına çırpılıb.

 

Namizədliyi Sosialist partiyası tərəfindən irəli sürülmüş 49 yaşlı Eduardu Kampoş əvvələr Pernambuku əyalətinin qubernatoru olub. Onun evli, 5 övladı olduğu bildirilir.

 

Faciə ilə əlaqədar olaraq ölkədə 3 günlük matəm elan edilib. Braziliya prezidenti Dilma Russof 3 gün müddətinə bütün seçkiqabağı tədbirləri dayandırıb.

 

Məlumata görə, təyyarədə Kampoşdan başqa daha 6 nəfər  – 2 pilot, jurnalist, fotoqraf və siyasətçinin şəxsi sürücüsü olub. Onların hamısı qəza nəticəsində həlak olub.

 

İlkin versiyaya görə, qəzaya səbəb hava şəraiti olub.

 

Braziliyada prezident seçkiləri oktyabrın 5-nə təyin olunub.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR