Bakı-APA. Braziliyanın şərqində silahlı şəxslərin samba məktəbinə soxularaq məşq edən şagirdlərə atəş açması nəticəsində üç yeniyetmə həlak olub, daha üç nəfər isə yaralanıb.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, dörd naməlum şəxs motosikletlə məktəbə gələrək ölkənin şərqindəki şəhərlərin birində keçiriləcək karnavala hazırlaşan bir qrup yeniyetməyə atəş açıb.
Polis hesab edir ki, insident iki cinayətkar qruplaşma arasında aparılan ədavət nəticəsində baş verib.