Bank Of Baku

Braziliyada keçirilən prezident seçkilərində qalib gələn olmayıb

Braziliyada keçirilən prezident seçkilərində qalib gələn olmayıb
# 06 oktyabr 2014 10:17 (UTC +04:00)

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, D.Russeff sosial-demokratlardan olan rəqibi Aesio Nevesə (33,55% - 34,8 milyon) qalib gəlsə də, birinci turda qələbə üçün yetərincə səs toplaya bilməyib.

 

Bülletenlərin 100 faiz hesablanmasından sonra Sosialist Partiyasının namizədi Marina Silvanın 21,32% (22,1 milyon) səs topladığı və ikinci tura keçmədiyi məlum olub. Digər namizədlərə isə ümumilikdə seçicilərin 2%-i səs verib.

 

D.Russefin ikinci turdakı rəqibi Aesio Neves 1985-ci ildə Braziliya prezidenti seçilmiş, amma andiçmə mərasiminə qədər dünyasını dəyişmiş Tankredo Nevesin nəvəsidir. Seçkilərin ikinci turu oktyabrın 26-da baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR