APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, zərərçəkənlərdən azı 7-i uşaqlardı.
Xəsarət alanlardan bir neçəsinin vəziyyəti ağır kimi qiymətləndirilir.
Prensa Libre portalının məlumatına əsasən, polis əməkdaşları avtomobilin salonunda paketlərdə kokain və marixuana aşkar edib. Hadisə yerindən qaçan sürücünün sərxoş və yaxud narkotik maddənin təsiri altında olduğu güman edilir.