Bakı-APA. Braziliyada məhkəmə Santa Mariya şəhərində faciə baş vermiş “Kiss” gecə klububunun sahiblərinin hesablarına həbs tədbiq edib. Bu barədə APA “BBC”yə istinadən xəbər verir.
Xatırladaq ki, yanğın nəticəsində 234 nəfər ölüb, 75 nəfər isə ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, klubda güclü yanğına səbəb səhnədə çıxış edən qpup tərəfindən fişəng yandırması olub. Klubda çaxnaşma başlayıb, ölənlərin çoxu tüstüdən və basabasdan keçinib.
Braziliyada faciə ilə bağlı üçgünlük matəm élan olunub.