Bank Of Baku

Bu gün Barak Obama and içəcək

Bu gün Barak Obama and içəcək
# 20 yanvar 2013 08:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İkinci dəfə ABŞ prezidenti seçilən Barak Obama bu gün Ağ Evdə ölkəyə və Konstitusiyaya sədaqət andı içəcək.

 

APA-nın məlumatına görə, prezidentin Vaşinqtonun mərkəzində paradla və digər bayram tədbirləri ilə müşayiət ediləcək təntənəli andiçmə mərasimi isə sabah baş tutacaq.

 

ABŞ Konstitusiyasına edilən 20-ci dəyişikliyə görə, Obamın prezidentlik səlahiyyətləri 20 yanvar tarixində başa çatır və bundan sonra onun ikinci prezidentliyi başlamalıdır. Adətən həmin gün inauqurasiya mərasimi baş tutur. Lakin bu il 20 yanvar tarixinin bazar gününə düşməsi səbəbi ilə təntənəli mərasim sabaha keçirilib. Burada maraqlı məqam ondan ibarətdir ki, 21 yanvar ABŞ-da irqi ayrıseçkiliyə qarşı mübarizənin liderlərindən olan Martin Lüter Kinqin anım günü kimi qeyd olunur.

 

Obamanın mətbuat katibi Ceyn Karni bildirib ki, bugünkü mərasim Ağ Evin Mavi zalında baş tutacaq. Obamanı andiçməyə ABŞ Ali Məhkəməsinin sədri Con Roberts gətirəcək. Mərasimdə isə yalnız ailə üzvləri, Obamanın köməkçiləri və bir qrup jurnalist iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR