Bakı-APA. Çilidə baş vermiş ağır avtomobil qəzasında ən azı 15 nəfər ölüb və 15 nəfər yaralanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qəza Tome şəhəri yaxınlığında baş verib. Məlumata görə, sürücü idarəetməni itirib, nəticədə avtobus yoldan çıxaraq dərəyə düşüb.
Hər il Çilidə 2000-dək insan avtoqəzaların qurbanı olur.