Bakı. Könül Cəfərli - APA. “ABŞ İranla müharibə etmək istəmir”. APA-nın məlumatına görə, bunu ABŞ-ın vitse-prezidenti Co Bayden bildirib.
Onun sözlərinə görə, ABŞ İranla danışıqlara hazırdır: “Ancaq İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin həll edilməsi üçün bütün variantlarla yanaşı, hərbi yol da istisna edilmir. Ancaq hələlik problemi diplomatik yolla həll etmək üçün fürsət var və pəncərə də açıqdır. ABŞ İranın nüvə silahına sahib olmaması üçün əlindən gələni edir”.