Bank Of Baku

Cohar Tsarnayev FTB-yə Bostondakı partlayışları qardaşı ilə birlikdə törətdiklərini etiraf edib

Cohar Tsarnayev FTB-yə Bostondakı partlayışları qardaşı ilə birlikdə törətdiklərini etiraf edib
# 23 aprel 2013 22:43 (UTC +04:00)

Bakı-APA.  Cohar Tsarnayev FTB-yə etiraf edib ki, Bostondakı partlayışları o qardaşı Tamerlanla birlikdə törədib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın “Boston Qlob” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumatı dərc edib.

 

Nəşrin məlumatına görə, 19 yaşlı Tsarnayev bu etirafı ona rəsmi ittiham təqdim edilməzdən əvvəl edib. O həmçinin qardaşı ilə birlikdə aprelin 19-da polis əməkdaşını qətlə yetirdiklərini bildirib. Qeyd edək ki, Tamerlan həmin gün polislə atışma zamanı öldürülüb.   

 

Hal-hazırda saxlanma zamanı ağır yaralanmış Cohar Tsarnayev Boston xəstəxanalarının birində müalicə alır. O səs telləri zədələndiyindən danışa bilmir və FTB-nin suallarına yazılı şəkildə cavab verir.    

 

Aprelin 22-də Cohar Tsarnayevə rəsmi ittiham təqdim olunub.

 

Xatırladaq ki, aprelin 15-də Bostonun mərkəzində bir birinin ardınca iki partlayış törədilib, nəticədə 3 nəfər həlak olub, 260-dan çox adam yaralanıb.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR