Bakı. Könül Cəfərli – APA. “İranla nüvə müzakirələri sonsuzadək davam etməyəcək”.
APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib. O, İran üçün tanınan müddətin sərhədsiz olmadığını bildirib: “İranda bu ilin iyun ayında keçiriləcək prezident seçkiləri vəziyyəti çətinləşdirir. Amma ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin diplomatik yolla həllində israrlıdır və bu vədinə sadiq qalır. Ona görə də on ildən çox müddətdir davam edən bu problemi nizamlamaq üçün görüşmələrə davam edəcəyik. Ancaq bu iş sonsuza qədər belə getməz. Yəni müzakirə qapısı açıqdır, amma bu da hər zaman açıq qalacağı mənasına gəlməməlidir”.