Bakı-APA. Massaçusetsdən olan senator, dövlət katibi vəzifəsinə təyin olunmuş Con Kerri fevralın 1-də rəsmi olaraq qanunvericilərin sıralarını tərk edəcək. Bu barədə Ağ Evin rəsmi nümayəndəsi Cey Karni məlumat verib.
«Dünən senator Kerri rəsmi olaraq vitse-prezidentə, Massaçusets qubernatoruna və Senatın rəhbərliyinə fevralın 1-də istefa verəcəyini bildirib», deyə Karni bildirib.
ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland Kerrinin fevralın 1-də dövlət katibi kimi and içəcəyini bildirib.