Bakı-APA. Hillari Klinton rəsmi olaraq ABŞ dövlət katibi vəzifəsini tərk edib. Bakı vaxtı ilə saat 01.00-dan etibarən onu bu vəzifədə Con Kerri əvəz edir.
«Bu mənim üçün şərəf idi – sizin hökumətdə işləmək və ölkəmizi dünyada təmsil etmək. Mən həmişəkindən daha çox ABŞ-ın qlobal liderliyində və bizim dünyada xeyir gücü olmaq bacarığımızda əminəm», deyə Klintonun prezident Barak Obamaya göndərdiyi məktubda bildirilir.
Klintonun son iş günündə ABŞ-ın Ankaradakı səfirliyinə terror hücumu olub. «Biz çox mürəkkəb və təhlükəli dövrdə yaşayırıq. Ankaradakı səfirlikdə baş verənlər bunu bir daha təsdiq edir. Mən bilirəm ki, 21-ci əsrdə qurmaq istədiyimiz dünyanı çox ağır günlər gözləyir. Lakin bu gün mən 4 il əvvəlkinə nisbətən daha optimistəm», deyə Klinton dövlət departamentinin əməkdaşları ilə vida görüşündə bildirib.