Bank Of Baku

Dəqiqləşdirilmiş məlumata görə, Bostondakı partlayışlarda 264 nəfər yaralanıb

Dəqiqləşdirilmiş məlumata görə, Bostondakı partlayışlarda 264 nəfər yaralanıb
# 24 aprel 2013 01:07 (UTC +04:00)

Bakı-APA. Dəqiqləşdirilmiş məlumata görə, keçən həftə Bostonda Tsarnayev qardaşları tərəfindən törədilmiş partlayışlarda 264 nəfər yaralanıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Boston səhiyyə departamenti açıqlama verib.

 

Həkimlərin sözlərinə görə, yaralananların bir qismi partlayışlardan bir neçə gün sonra tibbi yardım üçün müraciət edib.  

 

Son məlumatlara görə, şəhər xəstəxanalarında 48 nəfər müalicəni davam etdirir.  

 

Xatırladaq ki, aprelin 15-də Bostonun mərkəzində bir birinin ardınca iki partlayış törədilib, nəticədə 3 nəfər həlak olub – 8 yaşlı oğlan, restoran meneceri işləyən 29 yaşlı qadın və 23 yaşlı çinli tələbə qız.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR